xezerpress.az
xezerpress.az

Bakılı aktyor 79 yaşında ata oldu

20 dəfə baxılıb 28-08-2019, 11:01

Bakılı aktyor 79 yaşında ata oldu

Rusiyanın Xalq artisti, 79 yaşlı aktyor Emmanuil Vitorqan növbəti dəfə ata olub.

Bu barədə o, İnstaqram hesabında məlumat verib.

“Bizdə artım var. Dünyaya daha bir qız – Klaroçka gəldi”, – artist sevincli xəbəri sosial şəbəkədə paylaşıb.

Aktyorun İnstaqramda bölüşdüyü fotoda o, həyat yoldaşı, qızı Etel və yenicə doğulmuş körpəsi yer alıb.

“StarHit” dərgisi körpənin daşıyıcı ana (surroqat ana) tərəfindən dünyaya gətirildiyini yazıb.

Qeyd edək ki, Emmanuil Vitorqan 1939-cu il dekabrın 27-də Bakı şəhərində yəhudi ailəsində anadan olub. O, 100-dən çox filmdə rol alıb. (“Qafqazinfo”)


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi