xezerpress.az
xezerpress.az

Ermənilər zorlamasın deyə üstünə nəcis yaxdı, dağlara qaçdı – Bağırov Reyhanı necə xilas etdi?

27 dəfə baxılıb 2-09-2019, 09:48

Ermənilər zorlamasın deyə üstünə nəcis yaxdı, dağlara qaçdı – Bağırov Reyhanı necə xilas etdi?

“Dağlar qızı Reyhan” mahnısı bir zamanlar ən çox dinlənilənlərdən idi. Elə indi də dillər əzbəridir. Ancaq çox az adam bu mahnının Reyhan adlı qıza həsr olunduğunu, hüznlü bir hekayə əsasında bəstələndiyini bilir.

Uzun illərdən bəri dillər əzbəri olmuş, Azərbaycanın xalq mahnısı “Dağlar qızı Reyhan” gözəl və qəhrəman bir qıza həsr olunub.

1918-ci il mart soyqırımı zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazın Padar kəndindən olan Reyhan adlı gəlin isə erməni daşnaqları tərəfindən təcavüzə və zorlanmaya məruz qalmasın deyə, ayaqyoluna girib üstünə nəcis yaxır. Bu yolla canını vəhşi daşnaqlardan zorla qurtara bilir.

Sonradan dağlara çəkilən Reyhan başına dəstə yığaraq Qubada “Gəlinqaya” adlandırılan yerdə erməniləri darmadağın edir. 1928-ci ildə yenə də ermənilər tərəfindən “antisovet” damğası vurularaq, güllələnməyə məhkum edilir.

Onu güllənmədən Mir Cəfər Bağırov xilas edir. Ad və soyadı dəyişdirilərək, gizli şəkildə Krımda monastıra yerləşdirilir.

Ötən əsrin 50-ci illərində bəstəkar Fikrət Əmirov Cəfər Cabbarlının “Sevil” pyesinin motivləri əsasında opera yaradır. Əsərin librettosunu hazırlamaq isə şair Tələt Eyyubova tapşırılır.

1953-cü ildə “Sevil” operasının təqdimatı yalnız şair və bəstəkarın birgə işi deyil, həm də Rəşid Behbudovun opera səhnəsində debütü olur.

Onlar 1959-cu ildə yenidən bir araya gələrək, bir çox ifaçıların repertuarlarının bəzəyi olacaq “Reyhan” mahnısı üzərində çalışırlar.

Mahnını ilk dəfə 1960-cı ildə SSRİ Xalq artisti Rəşid Behbudov ifa edib.

1965-ci ildə isə müğənni Flora Kərimova “Reyhan” mahnısını öz repertuarına daxil edir. O, bu mahnını ifa edən ilk qadın ifaçı olaraq yadda qalıb.

Mahnı 1966-cı ildə Xalq artisti Zeynəb Xanlarovanın ifasında məşhurlaşır. “Reyhan” mahnısı bir neçə dilə çevrilərək ifa edilib.

1968-ci ildə Türkiyədə “Reyhan – Dağlar kızı” filmi çəkilib. Filimdə Reyhan obrazını türk aktrisası Filiz Akın ifa edib. “Reyhan” mahnısı bu filmə gözəllik qatıb.

1989-cu ildə Zeynəb Xanlarova ABŞ-da konsert verən zaman “Dağlar qızı Reyhan” mahnısı amerikalılar tərəfindən böyük maraqla qarşılanır və mahnı yenidən səsləndirilir.

Sonradan məlum olub ki, amerikalılar mahnıdakı Reyhan sözünü “Reyqan” başa düşüblər və Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reyqana həsr olunduğunu güman ediblər.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi