xezerpress.az
xezerpress.az

Şəhid pilotun oğlu atasının məzarı üstündə — FOTOLAR + VİDEO

20 dəfə baxılıb 28-09-2019, 14:48

Şəhid pilotun oğlu atasının məzarı üstündə — FOTOLAR + VİDEO

MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.
Publika.az məlumatına görə, ailə üzvləri və silahdaşları II Fəxri Xiyabanda mərhum pilotun qəbrini ziyarət edib. Şəhid pilotumuzun oğlu da mərasimə qatılıb.
Pilotun anası məzarı başında ağı deyərək, övladlarının "atalarının harada olması" sualına cavab verə bilmədiklərini dilə gətirib: "Oğlun səni görməyə gəlib, amma deyir atam ölməyib. Güllərini sənin üçün özü seçdi. Gözlərimdən yaş yox, qan axır. Yarından, balalarından doya bilməyən balam, hara getdin? Ellər oğluna yalvaraq bəlkə yarı yoldan qayıtdı. İki gün idi məni qonaq çağırdın, elə bil ölümünü bilirdin... Rəşad elə bil mənə can verirdi, nəfəs verirdi. Boyunu görəndə sevinirdik. Gecə səhərə kimi şəklinlə söhbət edirəm. Deyirəm bəlkə cavab verəsən ay ana, bəsdir ağladın. Nə şəklindən xəbər çıxır, nə də qeybdən səs gəlir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi