xezerpress.az
xezerpress.az

Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi açıldı — FOTO

60 dəfə baxılıb 18-06-2020, 11:07

Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi açıldı — FOTO


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bu qurumun nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.
Bu barədə "Ölkə.Az"a AMEA-dan məlumat verilib.

Tanınmış sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyi onun zəngin irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində xeyli işlər görür, kitablar nəşr etdirir, müxtəlif tədbirlər keçirir.

Xatirə muzeyin yeni ekspozisiyasında iriölçülü ekranda H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında Azərbaycan, ingilis və rus dillərində məlumatlar yerləşdirilib.
Bundan başqa, yeni ekspozisiyada muzeyin fondlarında qorunan rəsm əsərləri, sənədlər, fotoşəkillər, H.Z.Tağıyevin ordenləri, onun vəsaiti hesabına nəşr olunan kitablar da nümayiş etdirilir.



Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi açıldı — FOTOHacı Zeynalabdin Tağıyevin ev-muzeyi açıldı — FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi