xezerpress.az
xezerpress.az

Ağrı dağının zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı qaldırıldı – FOTO

15 dəfə baxılıb 23-07-2020, 11:26

Ağrı dağının zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı qaldırıldı – FOTO


Türkiyəli beş alpinist Ağrı dağının zirvəsində ingilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın işğalına son!” şüarlarını dalğalandırıblar. Aksiya Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) İğdır şöbəsinin dəstəyi ilə təşkil olunub.

TÜRKAZDER-in İğdır şöbəsinin rəhbəri İlteriş Kağan Taşkınsu bildirib ki, alpinistlər üç gün yol qət edərək 5137 metr yüksəkliyə qalxıblar. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz və Azərbaycana dəstək məqsədilə keçirilən aksiya alpinistlərin problemsiz geri qayıtması ilə başa çatıb.(AzərTAc)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi