xezerpress.az
xezerpress.az

Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTO

25 529 dəfə baxılıb 23-01-2021, 12:22

Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTO


Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş baş leytenant Ağayev Elçin Zakir oğlunun üçüncü – qız övladı doğulub.

“Report” xəbər verir ki, körpəyə Şuşa adı qoyulub.

Qeyd edək ki, şəhidimizin ailə üzvləri daha əvvəl qəhrəman zabitimizin dünyaya gələcək üçüncü övladına Şuşa adının veriləcəyini bildirmişdilər. Ağayevlər ailəsi körpənin daşıyacağı bu adı Elçinin bir zamanlar həsrətini çəkdiyi Şuşa şəhəri ilə əlaqədar olduğunu qeyd etmişdilər.

1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan Elçin Ağayev 2010-cı ildə orta məktəbi bitirərək, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini başa vuraraq, peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.

2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. O, oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.

Elçin Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTOŞəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi