xezerpress.az
xezerpress.az

Milli Məclisin payız sessiyası başlayıb

7 477 dəfə baxılıb 1-10-2018, 13:05

Milli Məclisin payız sessiyası başlayıb














Milli Məclisin (MM) növbəti - 2018-ci il payız sessiyası oktyabrın 1-də öz işinə başlayıb.
"Ölkə.Az"xəbərinə görə, payız sessiyasının ilk plenar iclası öz işinə dövlət himninin oxunması və səslənməsi ilə start verib.

Qeyd edək ki, daha çox büdcə sessiyası kimi tanınan payız sessiyası dekabr ayının 30-dək fasilələrlə davam edəcək.
Sessiya dövründə (təxminən noyabr ayında) 2019-cu ilin dövlət büdcəsi zərfi əvvəlcə komitələrdə, sonra isə plenar iclaslarda müzakirə edilərək, qəbul olunacaq.

Sessiyanın ilk plenar iclasının gündəliyinə 60-dan çox məsələ daxil edilib.

İlk iclasda payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, qanun layihələri müzakirələrdən keçirilərək, birinci oxunuşda qəbul ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi