xezerpress.az
xezerpress.az

İcra başçısı köhnə müavini işdən azad etdi – Yeni təyinat

76 dəfə baxılıb 14-12-2018, 13:33

İcra başçısı köhnə müavini işdən azad etdi – Yeni təyinat















Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abit Əliyev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı RİH başçısı Vüqar Zeynalovmüvafiq əmr imzalayıb.

V.Zeynalovun digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxməmmədov təyin olunub.

O, bundan öncə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında idarə rəisi təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Abit Əliyev Vüqar Zeynalov icra başçısı təyin edilənədək İcra Hakimiyyəti rəhbərini əvəz edirdi. O, 2016-cı ildən bu vəzifəyə gətirilmişdi.

İcra başçısı köhnə müavini işdən azad etdi – Yeni təyinat


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi