xezerpress.az
xezerpress.az

Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verdi — FOTO

8 dəfə baxılıb 10-09-2019, 14:25

Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verdi — FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verib.
“Ölkə.Az” xəbər verir ki, qanvermə aksiyasında A.Paşazadə ilə yanaşı, ailə üzvləri, Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, QMİ əməkdaşları iştirak ediblər.

Şeyxülislam Aşura günü bütün müsəlmanlara başsağlığı verib.
Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır. (report)Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verdi — FOTOAllahşükür Paşazadə Aşura günü ilə bağlı qan verdi — FOTOAllahşükür Paşazadə Aşura günü ilə bağlı qan verdi — FOTO


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi