xezerpress.az
xezerpress.az

Ali Baş Komandan atəşkəsin yeganə şərtini açıqladı

13 dəfə baxılıb 17-10-2020, 10:58

Ali Baş Komandan atəşkəsin yeganə şərtini açıqladı


“Cəbrayılı istiqamətində ötən gün və bu gecə uğurlu əməliyyatlar keçirilib. Strateji yüksəkliklər götürülüb”.

Oxu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

O bildirib ki, düşmən Cəbrayılı da təslim etmək istəmirdi, amma bu gün Azərbaycan ordusu ard-arda uğurlar qazanır:

“Azərbaycan ordusu Cəbrayıl istiqamətində uğurlu əməliyyatlarla strateji yüksəklikləri tutub. Mən hadisələri qabaqlamaq istəmirəm. Bu barədə hələlik ətraflı məlumat vermək istəmirəm.

Azərbaycan xalqının qarşısında heç kim dura bilməz. Bizim ərazi bötüövlüyümüz bərpa edilir və ediləcək. Hər kəs bilsin ki, bizim qarşısımızda heç kim dura bilməz. Yırtıcı Ermənistan bizim torpaqlarımızdan çıxdıqdan sonra atəşkəs elan edilə bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi