xezerpress.az
xezerpress.az

Türkiyənin Baş Ombudsmanı: "Apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir"

20 dəfə baxılıb 22-10-2020, 12:31

Türkiyənin Baş Ombudsmanı: "Apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir"


"Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı".
Bunu Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

"Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz.Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir", - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi