xezerpress.az
xezerpress.az

Deputatdan ilginc mesaj: Hakimiyyət AZAL-ı Cahangir Əsgərovdan alır - Təfsilat

92 dəfə baxılıb 1-06-2017, 10:25

Deputatdan ilginc mesaj: Hakimiyyət AZAL-ı Cahangir Əsgərovdan alır - Təfsilat

















“Hökumətin təqdim etdiyi hesabatla tanış oldum. Təəssüflər olsun ki, ümumdaxili məhsul 2015-ci illə müqayisədə 2016-cı ildə 3,4 faiz azalıb”

Bunu Milli Məclisin iclasında “2016-cı ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev qeyd edib ki, ildən-ilə borclar və borc faizlərinin büdcədən ödənilməsindən narahatdır: “Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir.

Dövlətin nəyinə lazımdır ki, Şahdağ Turizm Kompleksini saxlasın. Eləcə də, səhmdar cəmiyyətləri özəlləşdirmək lazımdır. Dövlət xəstəxanalarının saxlanılmasına 100 milyonlarla maliyyə xərclənir. Buna nə ehtiyac var? Bu qurumları da özəlləşdirməyin vaxtı çoxdan çatıb”.

Millət vəkilinin çıxışı struktur islahatlarını anonsu kimi qiymətləndirilə bilər. İqtidara yaxınlığı ilə seçilən və hökumətin “mətbəx”inə bələd olan Q.Həsənquliyev AZAL-ın özəlləşdiriləcəyi nə işarə vurub.

Uzun müddətdir ki, AZAL-ın Cahangir Əsgərovdan alınması planda var. Deputat dəfələrlə bu QSC-dən şikayət edib, qiymətin bahalaşmasından narazılıq bildirib.

Ulus.Az xəbər verir ki, manatın ikinci və daha kəskin devalvasiyasından, neftin qiymətinin isə artıq 30- dolların da altına düşməsindən və Azərbaycanın gəlirlərinin misli görünməmiş şəkildə azalmasından sonra artıq hökumətdə də artıq bu məsələnin vacibliyini başa düşürlər.

Ona görə də istər AZAL-ın, istərsə də “Azərenerji”, “Azərsu”, “Azəristiliktəchizat”, “Azərişıq” kimi digər qapalı səhmdar cəmiyyətlərinin özəlləşdirilməyə çıxarılması tamamilə realdır.

AZAL-ın dövlət borcu ən yüksək QSC olduğunu da xatırladan mənbəmizin sözlərinə görə, bu qurumun hava nəqliyyatındakı inhisarçı mövqeləri Azərbaycanın dövlət büdcəsinə, ümumiyyətlə isə ölkə iqtisadiyyatına xeyli baha başa gəlir.

Yadınızdadırsa, ötən ilin sentyabrında hökumət “Azərbaycan Hava Yolları”nın borclarının əhəmiyyətli hissəsini silmişdi.

İllərdir AZAL-a ayrılan dövlət investisiyaları, subsidiyalar və başqa güzəştlərə baxmayaraq, yenə də onun borclarının xalqın boynuna – dövlət büdcəsinə yüklənilməsinə heç bir məntiqi izah tapmaq mümkün deyil.

Digər tərəfdən, AZAL-ın inhisarçı şirkət olması Azərbaycanda təyyarə biletlərinin baha olmasını şərtləndirən ən mühüm amillərdən biridir.

Bu isə ölkəmizin xarici turistlər üçün cəlbediciliyini ciddi şəkildə azaldır. Bütün bunları ümumiləşdirdikdə AZAL-ın özəlləşdirilməytə çıxarılması qaçılmaz görünür.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi