xezerpress.az
xezerpress.az

Fevralın 1-dən Milli Məclisin plenar iclasları öz işinə başlayır

5 210 dəfə baxılıb 29-01-2021, 11:26

Fevralın 1-dən Milli Məclisin plenar iclasları öz işinə başlayır


Növbəti həftədən etibarən Milli Məclisin yaz sessiyası öz işinə başlayır və ilk plenar Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq fevralın 1-də keçiriləcək.

“Ölkə.Az” xəbər verir ki, Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasına isə 19 məsələ daxil edilib.
Deputatlar iclasda Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı, İntizam komissiyasının yenidən təşkil edilməsi, Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsini müzakirə edəcəklər.

Deputatlar eyni zaman Elçin Əfəndiyevin qızı Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsini və digər qanun layihələrini müzakirə edərək qəbul edəcklər.
Yaz sessiyası çərçivəsində Azərbaycan hökuməti və Ombudsman, bələdiyyələrin Milli Məclis qarşısında hesabatı dinləniləcək. Yaz sessiyası çərçivəsində 2020-ci il büdcəasinin icrası məsələsi də müzakirə olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi