xezerpress.az
xezerpress.az

Baş nazir ezamiyyə xərcləri ilə bağlı qərar imzaladı

27 092 dəfə baxılıb 29-01-2021, 14:44

Baş nazir ezamiyyə xərcləri ilə bağlı qərar imzaladı


Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, sənədin 1-1-ci hissəsi ləğv edilsin.

1.1-ci hissədə yazılırdı ki, Azərbaycan ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.

Qərarla sənədə 7.1-ci hissə əlavə edilib. Əlavədə Azərbaycanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırıq qoyulub.

Tapşırığa əsasən, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilməlidir.

Qərarın 1.1-ci bəndinin tətbiqi ilə bağlı ezamiyyə xərclərinin ödənilməsi üçün tələb olunan vəsaitlər dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həyata keçirilir.

Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2 ay müddətində “İşçilərin ezamiyyə qaydaları”nda müvafiq dəyişikliklər edilməsini təmin etsinlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi