xezerpress.az
xezerpress.az

Çavuşoğlu: “Cənubi Qafqazda normallaşmadan ən çox Ermənistan faydalanacaq”

21 361 dəfə baxılıb 29-01-2021, 13:23

Çavuşoğlu: “Cənubi Qafqazda normallaşmadan ən çox Ermənistan faydalanacaq”


“Cənubi Qafqazda normallaşma region ölkələrinin xeyrinə olacaq. Bu normallaşmadan ən çox Ermənistan və Ermənistan əhalisi faydalanacaq. Dolayısı ilə Ermənistanın bu istiqamətdə konstruktiv addımlar atmasını gözləyirik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

Cavuşoğlu bildirib ki, Cənubi Qafqazda sülh və sabitlik hər kəsin faydasınadır. “ Cənubi Qafqazda atəşkəs əldə edilib. Hamımız bu atəşkəsin davamlı olmasını istəyirik. Sadəcə istəmək kifayət etmir, töhfə vermək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin təklifi və Rusiya və Türkiyə prezidentlərinin dəstəyi ilə “3+3” formatında Cənubi Qafqazla bağlı əməkdaşlıq planlaşdırılır. “3+3” formatı ilə Cənubi Qafqazda sülhü davamlı hala gətirmək istəyirik”- Çavuşoğlu qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi