xezerpress.az
xezerpress.az

Cahangir Əsgərovun işdən çıxarılması xəbərinə - Rəsmi açıqlama

176 dəfə baxılıb 23-02-2017, 19:37

Cahangir Əsgərovun işdən çıxarılması xəbərinə - Rəsmi açıqlama

















"Yayılan bu xəbərlərə şərh vermək, bu barədə danışmaq istəmirəm".

Bu sözləri Azərbaycan Hava Yolları şirkətinin mətbuat katibi Paşa Kəsəmənski şirkətin prezidenti Cahangir Əsgərovun vəzifədən çıxarılması ilə bağlı yayılan xəbərlər haqda axar.az-a danışarkən deyib.

O, məsələ ilə bağlı geniş açıqlama verməyəcəyini bildirib: "Bu məsələ haqda ətraflı açıqlama verməyəcəyəm. Kim bu haqda yazırsa, qoy onlar da açıqlama versin”.

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq, sosial şəbəkələrdə Azərbaycan Hava Yolları şirkətinin sədri Cahangir Əsgərovun vəzifədən çıxarılması haqda xəbərlər paylaşılır.

Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) qapalı səhmdar cəmiyyətdir və onun sədrini Azərbaycan Prezidenti təyin və ya vəzifədən azad edir.


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi