xezerpress.az
xezerpress.az

“İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına birdəfəlik ödəmə veriləcək”

64 dəfə baxılıb 19-10-2018, 10:37

“İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına birdəfəlik ödəmə veriləcək”














“Şəhid ailələrinə veriləcək 11 000 manat birdəfəlik ödəmə ilə bağlı heç bir problem yoxdur”.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bunu Cocuq Mərcanlıda jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə notarial qaydada sənədləşmə prosesi aparılır: “Vətəndaşların 85 faizi öz hüquqlarını təsdiq ediblər. Bu proses başa çatdıqdan sonra vəsaitlər birbaşa vətəndaşların bank və kart hesablarına köçürüləcək. Artıq Naxçıvanda bu prosesə başlanılıb. İlk sənədlər daxil olub. İlin sonuna kimi şəhid ailələrinin 50 faizinə yaxınına ödəniş ediləcək. Novbəti ilin ilk aylarına qədər bu proses tam başa çatacaq”.

Nazir bildirib ki, əsas sığorta ödənişləri ilə bağlı şikayətlər var: “Bununla bağlı Dövlət Sığorta Şirkətinə məlumat göndərilib və bu barədə vətəndaşlara həm şifahi, həm də yazılı məlumat verilib. Daxil olan bütün şikayətlərin ətraflı araşdırılması üçün aidiyyəti qurumlara tapşırıqlar verilib”


OXŞAR XƏBƏRLƏR
FOTO+VİDEO
[/aviable]
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi