xezerpress.az
xezerpress.az

Şərəfli vəzifəyə yiyələnən Zamiq Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır

48 dəfə baxılıb 13-11-2019, 10:18

Şərəfli vəzifəyə yiyələnən Zamiq Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Zamiq Qurbanovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri Zamiq Qurbanovdur.

Qurbanov Zamiq Mətləb oğlu 13 sentyabr 1981-ci ildə Cəbrayıl rayon Dağ Tumas kəndində anadan olub. 1987-ci ildə Cəbrayıl rayon Dağ Tumas kənd orta məktəbinin birinci sinfinə qəbul olub. 1993-cü ildən Cəbrayıl rayonunun işğal olunması ilə əlaqədar olaraq,ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. 1999-cu ildə Qubadlı rayon Çay Tumas kənd məktəb- liseyini bitirib, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinə qəbul olub və 2003-cü idə ali təhsilini başa vurub, psixoloq ixtisasına yiyələnmişdir. 2003-cü ilin iyul ayı həqiqi hərbi xidmətini zabit kimi cəbhə xəttində çəkib və 2005-ci ildə ehtiyata buraxılmışdır. 15 sentyabr 2005-ci il tarixində Cəbrayıl rayon 7 saylı tam orta məktəbində psixoloq vəzifəsinə təyin olunmuşdur. İstedadlı və bacarıqlı pedaqoq kimi özünü göstərdiyinə görə 15 sentyabr 2008-ci il tarixində Cəbrayıl rayon Təhsil Şöbəsinə metodist vəzifəsinə təyin olunub və 02 mart 2012-ci il tarixinədək bu vəzifədə özünü bacarıqlı bir təhsil işçisi kimi göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan Ümumtəhsil Məktəb Drektorlarının Qəbulu Müsabiqəsində uğur qazanaraq, Azərbaycan Respublikası Təhsil Nazirinin 02 mart 2012-ci il tarixli, 11/195 nömrəli əmri ilə Cəbrayıl rayon Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbinə direktor təyin olunub. Cəbrayıl rayon V. İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmaqla bərabər 2014-cü ildən ictimai əsaslarla Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Cəbrayıl rayon nümayəndəliyinin sədridir.

01 oktyabr 2018-ci il tarixdən Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri vəzifəsinə təyin olunub.


Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri Zamiq Qurbanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Zamiq Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Zamiq Qurbanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Zamiq Qurbanovdan danışdılar yaxşı ki, Zamiq Qurbanov Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri təyin olunub… Zamiq Qurbanov öz isguzarlığı ilə tanınır və seçilir….

Zamiq Qurbanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Zamiq Qurbanovu heç vaxt əqidəsindən döndərə bilməz.

Zamiq Qurbanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Zamiq Qurbanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Zamiq Qurbanov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Zamiq Qurbanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Zamiq Qurbanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Zamiq Qurbanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Zamiq Qurbanov özünü doğruldub. Bizdə hörmətli Zamiq Qurbanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi