xezerpress.az
xezerpress.az

Daşkəsəndə polis əməkdaşı 103 baş quzunu alıb pulunu ödəmədi

20 dəfə baxılıb 30-07-2020, 21:03

Daşkəsəndə polis əməkdaşı 103 baş quzunu alıb pulunu ödəmədi




Daşkəsən rayon Çovdar kəndinin sakinləri, əslən Kəlbəcərdən olan 4 məcburi köçkün ailəsi sözügedən rayonun polis şöbəsinin əməkdaşının onlardan 103 quzunu aldığını və pulunu ödəmədiyini iddia edirlər.
Sakinlər iddia edirlər ki, bir müddət əvvəl Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı Rzayev Şahin, atası Rzayev Akif, qardaşları Seymur və Ceyhunla birgə, polis avtomobili ilə gələrək onlardan quzu almaq istədiklərini bildiriblər. Sözügedən şəxslər pulunu daha sonra ödəyəcəklərini vəd edib təsərrüfatla məşğul olan məcburi köçkün ailələrindən hər biri 145 manatdan olmaqla 103 ədəd quzu alıblar. Məcburi köçkün ailələri isə, həmin şəxslərin pulu vəd etdikləri vaxtdan – 2 iyuldan 28 gün keçməsinə baxmayaraq hələ də, ödəmədiklərini bildirirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi