xezerpress.az
xezerpress.az

Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu gündən günə artır

55 226 dəfə baxılıb 11-03-2021, 14:30

Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu gündən günə artır


44 günlük II Qarabağ müharibəsində Azərbaycan Ermənistanı məğlub etdi. Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu. Bu gün Ermənistanda baş verənlərin 1990-cı illərin əvvəllərindəki Azərbaycanla oxşarlıqları var – ümidsizlik, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması.
O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə təsadüfi adamlar gəlmişdi, eynən Ermənistanda da 2018-ci ildə hakimiyyətə gələn insanlar kimi – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz.
Bu gün Ermənistan idarəolunmaz vəziyyətdədir, xaos vəziyyətdədir.
YAP-ın – iqtidarın düzgün siyasəti nəticəsində Ermənistan təcrid edilmiş vəziyyətdədir, Azərbaycan isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurub.
Biz şanlı qələbəmizlə qürur duyur və fəxr edirik. Müstəqilliyimiz bizlər üçün çox dəyərlidir, torpaqlarımızın azad olunması yolunda canını qurban vermiş şəhidlərimiz, qazilərimiz, bütövlükdə şanlı ordumuz onu müqəddəsləşdirmişdir.
Ali Baş Komandanımızın ətrafında sıx birləşərək milli maraqlarımızın həyata keçirilməsi uğrunda calışmağı müqəddəs borc bilirəm. Müharibə başa çatsa da həll olunası problemlər çoxdur və Azərbaycan dirçəliş və quruluş yoluna artıq start vermişdir.
Sevindirici haldır ki, əldə etdiyimiz zəfər nəticəsində keçmiş məcburi köçkün vətəndaşlar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaq.
İkinci Qarabağ müharibəsi dövründə informasiya cəbhəsində də gənclərimiz daha cox fəallıq göstəriblər. Onlar müstəqillik illərində dünyaya gələn, Azərbaycan təhsilinin yetirmələri olan gənclərdir. Fikrimcə, gənclərimiz hər zaman qloballaşan dünyada ölkəmizi təmsil etmək üçün özlərini inkişaf etdirməli, hərtərəfli bilik və bacarığa yiyələnməlidirlər ki, Azərbaycanın qədim, zəngin tarixini, adət-ənənələrini və ölkəmizlə bağlı digər həqiqətləri dünyaya çatdıra bilsinlər. Bu potensial Azərbaycan gəncliyində var. Bu baxımdan təhsil müəssisələrində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Usaq və gənclərin milli ruhda tərbiyə edilməsi, onların şəxsiyyət kimi formalaşması, vətənpərvər ruhda böyüməsi istiqamətində məqsədyönlü işlər görülür.
Azərbaycan yeni dövrə qədəm qoyur. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.
Diplomatik mübarizə xətti də uğurla həyata keçirilir. Yeni dövrdə siyasi dialoq daha da dərinləşdirilməlidir. Cənab Prezidentimiz İlham Əliyev diplomatiya mübarizəsində də ardıcıl, məqsədyönlü, müstəqil siyasət yürüdərək uğur qazanmaqda davam edir. Onun dörd saatlıq mətbuat konfransındakı dörd dildə, yüksək siyasi diplomatik çıxışları bütün dünya gündəmində əks-səda yaratmışdır. Dövlət başçısı siyasi dialoqun davamında maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu vurğulayır.
YAP üzvü kimi heç bir siyasi qurumla heç bir problem olmadığını nəzərə almalıyıq. Antimilli ünsürlər camaatı çaşdırmaq istəyirlər. Çünki onlar satqınlardır, xaindirlər, təlimatları xaricdən alırlar. Onlar şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Hakim partiya olaraq, YAP bütün siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır. Bu gün YAP-a birləşən siyasi partiyaların sayı artır. Dost partiyaların YAP-a qoşulması çox əlamətdar hadisədir. Bu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, YAP-ın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.
YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
YAP-ın bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalması üçün daha da fəal olmalı, ümumi işə öz töhfələrimizi verməliyik.
Beynəlxalq aləmdə də Azərbaycanın nüfuzu gündən günə artır. Belə ki, dövlətimiz regional və beynəlxalq aləmdə həyata keçirilən, eyni zamanda iştirakçısı olduğu layihələrdə öz yerini və tərəfdaş ciddiliyini uğurla qoruyub saxlayır. Etibarlı tərəfdaşa cevrilir, eyni zamanda sosial-iqtisadi, siyasi və hərbi təhlükəsizlik sahəsində özünü təsdiq edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qarşısında baş əymir, heç kimə hesabat vermir.
Bu gün müharibədən sonra yeni dövr başlayır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
Uca tanrıdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Həyatını Vətən naminə qurban verən hər bir övladımız Azərbaycan tarixində qəhrəman kimi yaşayacaq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, tariximizin yeni dövrü bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşımıza yeni vəzifələr qoyub.
Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər sahədə parlaq zəfərlərə imza atmaqda davam edəcək, bölgənin və dünyanın nüfuzlu dövləti olaraq bundan sonra da sabitlik və inkişaf nümunəsi kimi qəbul olunacaqdır.

Rəna Şirəliyeva YAP Qadınlar Şurasının üzvü


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi