xezerpress.az
xezerpress.az

“Maşın”da əlini çəkən məşhurdan 50 min alacaqlar - Əsas şərt

57 dəfə baxılıb 1-10-2019, 14:58

“Maşın”da əlini çəkən məşhurdan 50 min alacaqlar - Əsas şərt

Bu gün ATV kanalında reytinqli “Maşın” realiti şousu start götürəcək. Ölkənin 18 tanınmış siması avtomobil uğrunda mübarizə aparacaq.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iştirakçılarla layihəni ərsəyə gətirən “M Group Production”la bağlanan müqavilə şərtlərində yenilik olub. Belə ki, proqramda öz istəyi ilə avtomobildən əlini çəkən tanınmış sima cərimələnəcək.

Müqavilədə qeyd olunduğu ki, həmin şəxs şou rəhbərliyinə 50 min manat ödəniş edəcək.

Qeyd edək ki, səs-küylü müsabiqədə Xalq artistləri Bilal Əliyev, Fatma Mahmudova, müğənnilər Kərim Abbasov, Ayan Babakişiyeva, Aysun İsmayılova, Fuad Musayev, Aşıq Namiq Fərhadoğlu, bloqqer Rəsul Abbasov, aparıcılar Suna Kasımoğlu, Lalə Mustafayeva və başqaları iştirak edəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi